Xameneyi öz hökmranlığını qorumaq üçün ABŞ ilə danışıqları qəbul edir

GADTB: “Associated Press” (AP) nəşri yazır ki, Xameneyi öz hökmranlığını qorumaq üçün ABŞ ilə danışıqları qəbul edir.

 “Associated Press” (AP) nəşri Omanda keçiriləcək ABŞ və İran arasındakı danışıqlarla bağlı yeni məlumat yayıb. Xəbərdə bildirilir ki, İranın 86 yaşlı ali lideri Əli Xameneyi son etirazların zorakılıqla yatırılmasından sonra əvvəlki strategiyasını dəyişərək rejimin mövcudluğunu qorumağa çalışır.

AP-nin məlumatına görə, Xameneyi hazırda üç əsas məqsədə fokuslanıb:

• rejimin ayaqda durmasını təmin etmək,

• ABŞ tərəfindən mümkün hərbi müdaxilənin qarşısını almaq,

• Vaşinqtonla nüvə danışıqlarını qəbul etmək.

Agentlik yazır ki, zorakılıqla yatırılan etirazlar ictimai qəzəbi, dərin iqtisadi problemləri və korrupsiya ilə bağlı narazılığı daha da artırıb.

AP-yə görə, hazırda ABŞ ilə davam edən nüvə danışıqları Xameneyinin “vaxt qazanmaq” və mümkün hərbi əməliyyatın qarşısını almaq strategiyasının vacib hissəsidir.

Həmçinin yoxlayın

Marağada yanğın zamanı 13 yanğınsöndürən xəsarət alıb

GADTB: Dünən Marağa sənaye şəhərciyində yerləşən mühərrik yağı istehsalı zavodunda baş verən genişmiqyaslı yanğın tam …

Molla rejimi körfəzdən keçən gəmilərdən qazanc məqsədilə Hörmüz boğazı üçün “Hormuz Safe” sığorta saytını açıb

GADTB: İran Hörmüz boğazından keçən gəmilər və dəniz yükləri üçün nəzərdə tutulmuş yeni ixtisaslaşmış sığorta …