XIX əsrə qədər alban dilindən hələ də istifadə olunurdu

GADTB: Deyilənlərə onu da əlavə edək ki, türk mənşəli xristian albanlar XIX əsrə qədər Azərbaycan türkcəsində çox sayda şer nümunəsi yaratmışlar ki, bu fakt da onların ən azı XIX əsrə qədər öz ana dillərində danışdıqlarını və hətta şerlər yazdıqlarını göstərir. Erməni qrafikası (alban əlifbası) ilə yazılmış bu əsərləri Əkbər İrəvanlı üzə çıxarmış və hələ sovet dövründə onlar barədə məlumat vermişdir.

Fəqət sovet dövründə mövcud olan basqı üzündən o, bu əsərlərin müəlliflərindən “azərbaycanca yazıb-yaratmış erməni şairləri” kimi söz açmışdır.

Ş.Smbatyanın irəli sürdüyü iddialardan biri də “ənənəvi erməni mövzusu”nu əhatə edir. O da digər erməni tarixçiləri kimi Kür-Araz ovalığının ermənilərə aid olduğunu önə sürür və antik müəlliflərin, ilk növbədə də Srabonun Albaniyanın sərhədləri barədə söylədiklərinə istinad edir. Yeri gəlmişkən qeyd edək bu, bütün erməni müəlliflərinin əsas arqumentidir. Digərləri kimi Smbatyan da başlanğıcda Albaniyann Kürdən şimalda yerləşdiyini əsas tutaraq, qeyd edir ki, V əsrə qədər (onun fikrincə, Kür-Araz ovalığı V əsr-

də Albaniyanın tərkibinə keçmişdir) bu ərazilər yalnız Ərməniyyənin tərkibində ola bilərdi. Onun fikrincə, çünki o dövrdə guya bölgədə Ərməniyyədən başqa heç bir qüvvətli ölkə yox idi. Yəni müəllif bu halda hər hansı bir konkret fakta deyil, öz “erməni məntiqinə” əsaslanır. O ki qaldı V əsrə qədər bölgədə Ərməniyyədən

güclü dövlətin olmaması məsələsinə, bu, əlbəttə ki, gülməli fikirdir.

Çünki bu halda qüdrətli Parfiya – türk imperatorluğu və onu III əsrdə əvəz etmiş fars-Sasani imperatorluğu bilərəkdən gözardı edilir. Üstlik də həmin dövrdə Ərməniyyə və Albaniya hökmdarlarının türk-Arsaklar sülaləsinə mənsubluğu barədə də bir söz deyilmir.

Kür-Araz ovalığı ən azı e.ə. IX əsrdən etibarən Mannanın tərkibində idi və Bərdə də(Parta) Mannanın “Saqarta” (Zikertu) adlanan bölgəsinin mərkəzi şəhəri idi. Sonrakı dövrlərdə bu ərazinin adı

mənbələrdə Sakasena, o cümlədən erməni mənbələrində “Şakaşen” kimi çəkilir ki, bu da “saklar ölkəsi” deməkdir. Sakların isə türklər

olduğu məlumdur. Polibi və Strabonun verdiyi məlumatlardan isə belə aydın olur ki, e.ə. 331-ci ildən, yəni Atropatena (Azərbaycan) dövlətinin tarix səhnəsinə çıxmasından sonra bu ərazi onun tərki-

bində olmuş və bu ölkənin nüvəsini təşkil etmişdir. Təsadüfi deyil ki, ölkənin həm yay, həm də qış paytaxtları bu ərazidə yerləşirdi.

Albaniya və albanlar haqqında cəfəng fikirlərə A. Akopyanın da əsərlərində rast gəlinməkdədir. Onun da fikrincə, Kür – Araz ovalığı Ərməniyyənin şərq torpaqları olmuş və Kür çayı təkcə guya Ərməniyyə ilə Albaniyanın deyil, həm də erməni etnosu ilə alban etnosunun sərhəddini müəyyən etmişdir. Müəllif iddia edir ki, guya bu ərazi e.ə VI əsrdən, yəni Ervanditlər dövründən Ərməniyyənin,

ondan öncə isə Urartunun tərkib hissəsi idi. Əlbəttə ki, dediklərini sübut edə bilmək üçün heç bir sübut gətirə bilmir, sadəcə, faktların təhrifi ilə məşğul olur.

A. Akopyan da yazır ki, guya özünü “alban” adlandıran etnos olmamışdır və guya bu adla Albaniya əhalisini qonşuları adlandırmışlar. O bunu iddia edərkən, təbii ki, Musa Kağankatlının “Alban tarixi” kitabında özünü və mənsub olduğu xalqı alban adlandırmasını gözardı edir. Onun fikrincə, Parfiya hökmdarı tərəfindən

Albaniyanın məliyi təyin edilən Ərən (e.ə II əsr, bəzi mənbələrə görə, I əsr) guya Ərməniyyənin şərq əyalətlərinin canişini olmuşdur.

Əldə olan çoxsaylı albandilli əsərin əlyazma mətnləri bu kimi iddialara çox tutarlı cavab olacaq. Yeri gəlmişkən, həmin mətnlərin məzmunu tariximizin bütöv bir mərhələsinə əski baxışları önəmli dərəcədə dəyişmək iqtidarındadır. Lakin unudulmamalıdır ki, bunların bir qismi həmin əsərlərin erməni keşişləri tərəfindən təhrif edilmiş surətləridir. Onların əsilləri Venesiya və Vyanadakı erməni mxitaristlərinə aid monastır və kilsələrdə, eləcə də İrəvanda, Mate- daranda saxlanlır və başqa adamların onlarla tanış olmasına imkan verilmir. Bununla belə, əldə olan materiallar da alban dili və ədəbiyyatı barədə dolğun təsəvvür əldə etmək üçün tamamilə yetərlidir və biz bu kitabda onların sadəcə kiçik bir hissəsini təqdim edirik.

Bəxtiyar Tuncay,

Tarixçi Alim.

Həmçinin yoxlayın

Traxturun xanım tərəfdarları stadiona gələ biləcək

GADTB: Şərqi Azərbaycan əyalətində Traxtur futbol komandasının qadın tərəfdarlarının  stadiona girişinə icazə verilib Bu haqda …

Azərbaycanlı fəal Əhəd Seyfxah zaminə buraxıldı

GADTB: Azərbaycanlı milli fəal Ayaz Seyfxahın qardaşı Əhəd Seyfxah dünən Təbrizin mərkəzi zinanından istintaq prosesinin …