GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Xocalı soyqrımının iştirakçısı olan “Saşik” ləqəbli Aleksandr Arutyunyan Hadruta hücum edərkən Azərbaycan hərbçiləri tərəfindən tələyə salınaraq məhv edildi.
A.Arutyunyan 1992-ci ildə Xocalı soyqırımının törədilməsi, azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.
Bu barədə Araik Arutyunyan öz “Facebook” səhifəsində məlumat paylaşıb.
Qeyd edək ki, həmin cinayətkar Qarabağ separatçılarının başçısı olan Araik Arutyunyanın ən yaxın dostu idi.