Bazar ertəsi , İyul 13 2026
azfa

Xocalı soyqırımından bəhs edən “Ağrı” romanı İsraildə ingilis dilində çap edilib

GADTB-nin “AZƏRTAC” xəbər agentliyinə istinadən verdiyi məlumata görə,İsrailin Təl-Əviv şəhərindəki “Medial” nəşriyyatında “Ağrı” bədii-sənədli romanı ingilis dilində çapdan çıxıb. Əsərdə Azərbaycan Respublikasının Xocalı şəhərində 1992-ci ildə Ermənistan silahlı birləşmələri tərəfindən törədilmiş soyqırımı aktının dəhşətli nəticələrindən bəhs olunur.

Məlumata görə bir il öncə isə “Ağrı” romanı İsraildə rus dilində nəşr olunmuşdu. Kitabın ilk nüsxəsi V Bakı Humanitar Forumu zamanı “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış ekspert Arye Qut tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevə təqdim edilmişdi.

“Ağrı” romanını ingilis dilinə Kifayət Əhmədqızı tərcümə edib. Əsər Böyük Britaniyada redaktə edilib, Azərbaycan Respublikasının Moldovadakı səfirliyi və Moldova Azərbaycanlıları Konqresinin dəstəyi ilə çap olunub.

Qeyd edək ki, İran rejimi özünü müsəlmanların himayədarı kimi göstərsə də, əslində müsəlman Azərbaycana qarşı xristian və işğalçı Ermənistanı dəstəkləyir. İran rejimi dəfələrlə Təbriz və başqa Azərbaycan şəhərlərində Azərbaycan türklərinin Xocalın soyqırımının ildönümündə dinc ektiraz aksiyalarını vəhşicəsinə dağıdıb, soyqırıma məruz qalan müsəlman Xocalı sakinlərini dəstəkləyən Azərbaycan gənclərini həbs etmişdir.

 

Həmçinin yoxlayın

Təbrizin Başmaqçı bazarında yanğın baş verib

GADTB: İyulun 13-də Təbrizin Başmaqçı bazarında yerləşən mağazalardan birində elektrik generatorunun alışması nəticəsində yanğın baş …

“New York Times”: Əhmədinejad İsrailin onu hakimiyyətə gətirməsi üçün “Mossad” rəhbəri ilə görüşüb

GADTB: İsrail İranın sabiq prezidenti Mahmud Əhmədinejadı yenidən hakimiyyətə gətirməyi planlaşdırıb, lakin plan baş tutmayıb. …