Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

Xorasan türklərindən “Trəxtur” komandasının yarışında birlik nümayişi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bu gün Məşhəd şəhərində “Trəxtur” komandasının yarışında Xorasan türkləri türk həmrəyliyi və birliyi nümayiş etdirdilər. 1500-ə yaxın Xorasan türkü və Tirəxtur tərəfdarı stadionda Tirəxtur komandasını təşviq etməklə türk həmrəyliyi nümayiş etdirdilər.

Xorasan türklərinin himayəsi və təşviqi ilə Tirəxtur komandası Məşhədin Pədidə komandasını 3-0 hesabı ilə məğlub edib.

“Trəxtur”a qələbə qazandıran qollar 52-ci dəqiqədə Mehdi Mehdipur, eləcə də 83 və 90+2-ci dəqiqələrdə Ehsan Pəhləvan tərəfindən reallaşdı.

Bu nəticədən sonra “Trəxtur” 25 xalla turnir cədvəlinin 10-cu pilləsinə yüksəlib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın