Bazar , Sentyabr 27 2026
azfa

Xristianların müsəlmanlara hərbi təcavüzünü pislədiyinə görə İranın yaxaladığı Həkimə Əhmədi hələ də terrorçu Sepahın əsarətindədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İranın antiislam rejimi iyulun 16-da Güney Azərbaycan şəhərlərində müsəlman Azərbaycana xristian Ermənistanın təcavüzünü pisləmək məqsədilə keçirilən mitinqlərdə iştirak edənlərə divan tutub və yaxaladığı onlarla azərbaycanlıdan Həkimə Əhmədini həbsə atıb, terrorçu sepahın təcridxanasında işgəncə etdərək, müvəqqəti zaminə buraxılması üçün isə mülki vəsiqənin miqdarını 100 milyon tüməndək artırıb.

Təbriz İnqilab məhkəməsinin müstəntiqi Musəvi milli fəalın ailəsinə bildirib ki, onun azad edilmə prosesi ilə bağlı işlər üçün avqustun 3-də məhkəməyə müraciət etməlidirlər.

Müstəntiqin dediyinə əsasən, Həkimə Əhmədinin müvəqqəti azadlığa buraxılması üçün 100 milyon tümən dəyərində mülki vəsiqə girov qoymalıdırlar.

Azərbaycanlı fəal diyinə görə “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq” və “ictimai asayişi pozmaq”da günahlandırılıb. Görünür antiislam İran rejimi üçün xristianların müsəlmanlara hərbi təcavüzünü pisləmək “Milli təhlükəsizliyi pozmaq məqsədi ilə toplaşmaq” və “ictimai asayişi pozmaq” anlamına gəlir.

Qeyd edək ki, Ermənistanın Tovuz istiqamətində Azərbaycan ərazisinə hücumundan sonra iyulun 16-da azərbaycanlı milli fəallar Azərbaycan Respublikasının Təbrizdəki Konsulluğu və Ermənistanın Tehrandakı səfirliyinin önündə, həmçinin Urmiya, Zəncan, Sulduz, Ərdəbil və s. şəhərlərin bəzi meydanlarında Azərbaycana dəstək mitinqləri keçirməyə cəhd etdilər. Hər il erməniləri təşkilatlandırıb Türkiyə və Azərbaycana qarşı mitinqə çıxaran antiislam İran rejimi Xocalı soyqırımı və Azərbaycana təcavüzlə bağlı bütün tədbirlərə vəhşicəsinə divan tutmuşdur. Bu dəfə də Azərbaycanlı fəalların dinc mitinqinə divan tutulub və onlar yaxalanaraq zindanda işgəncə edib.

Həmçinin yoxlayın

Təbriz Bələdiyyəsinin 10 bölgəsinin sürücüləri Şəhər Şurası qarşısında etiraz ediblər

GADTB: Təbriz Bələdiyyəsinin 10 bölgəsində çalışan bir qrup sürücü Şəhər Şurasının binası qarşısında etiraz aksiyası …

Tibb bacısının bir aylıq gəliri 10 günlük yaşayış xərclərini belə qarşılamır

GADTB: İran Tibb Bacıları Təşkilatının Ali Şurasının üzvü Loğman Şərifi bildirib ki, bir çox tibb …

Bir cavab yazın