Çərşənbə axşamı , Oktyabr 27 2026
azfa

“Xudafərin” və “Qız qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclası Xudafərin şəhərində keçirilə bilər

GADTB-nin Mətbuat Mərkəzinin AZƏRTAC-a istinadən verdiyi məlumata görə, dekabrın sonunda Cənubi Azaərbaycanın Astara şəhərində Azərbaycan Respublikası ilə İran adlanan ölkə arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komissiyasının 12-ci iclası keçiriləcək.

Bu barədə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Şahin Mustafayev açıqlama verib.

İqtisadiyyat naziri hər iki ölkənin aidiyyəti qurumlarının iştirakı ilə “Xudafərin” və “Qız qalası” Sazişi üzrə “Birgə Texniki Komissiya”nın ilk iclasının da dekabr ayında Xudafərin şəhərində keçirilməsini təklif edib.

Nazir, həmçinin Azərbaycanın Səhiyyə Nazirliyinin mütəxəssislərinin dekabrda Təbriz şəhərinə səfər edəcəklərini qeyd edib.

Həmçinin yoxlayın

Yürüş Mehrəlibəyli və Əli Babayi Təbriz həbsxanasında uyğun olmayan kameralara köçürülüblər

GADTB: Yürüş Mehrəlibəyli ötən həftə karantin kamerasına, Əli Babayi isə detoksikasiya bölməsinə köçürülüb. Mənbələrin verdiyi …

Nəsir Rəzmcu Ərdəbildə evinə ETTELAAT əməkdaşlarının basqınından sonra həbs edilib

GADTB: Azərbaycanlı fəal Nəsir Rəzmcu bu gün, çərşənbə axşamı, 27 oktyabr 2026-cı il səhər saatlarında …

Bir cavab yazın