Çərşənbə , Fevral 1 2023
azfa

Yenilən işğalçı Ermənistanı antiislam İran rejimi hər vəchlə qurtarmağa çağırır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, riyakar və antiislam Xamenei rejimi azərbaycanlı müsəlmanlarını qətliam edən xristian Ermənistanı yenilməkdən qurtarmaq üçün əlindən gələni edir.

Qriqoyan İran rejimi işğalçı Ermənistana silah-sursat, muzdlu terrorçular, yanacaq və qida yardımından əlavə hərbi cəhətdən də operativ şəkildə yardım edir.

Ermənistan Müdafiə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəhbəri Levon Ayvazyan İranın Ermənistandakı Səfirliyinə hərbi attaşe təyin olunan polkovnik Bəhman Sadeqi ilə son bir həftə ərzində ikinci dəfə görüşüb. Görüş zamanı rejimlə vacib hərbi əməkdaşlıq müzakirə edilib. həmçinin Ayvazyan Tehrandan Azərbaycan ordusu ilə döyüşləri İranla sərhəddən daha təhlükəsiz əraziyə keçirilməsinin istəyib və bunun vacib olduğunu bildirib.

Ayvazyan dolayı yolla işğal olunmuş Qarabağın İranla sərhədə yaxın ərazisində Azərbaycan Ordusuna müqavimət göstərmək iqtidarında olmadıqlarını etiraf edib.

Qeyd edək ki, İranın molla rejimi əsil antiislam və Qriqoryan Respublikası olduğunu sübut etmək, eləcə də müsəlman azərbaycanlıların uşaqlarını qətliam etdirmək üçün işğalçı Ermənistanı silah-sursatla və onların tankları və təyyarələrini yanacaqla təmin edir. Bu isə haqq-ədalət tərəfdarı olan insanların narazılığına səbəb olur.

Ona görə də oktyabrın 1-də Güney Azərbaycanın bir sıra şəhərlərində, o cümlədən də Təbriz, Tehran, Qoşaçay, Xiyov, Urmiya, Zəncan və Ərdəbil şəhərlərində on minlərlə insanın iştirakı ilə İranın işğalçı Ermənistana silah göndərilməsinin dayandırılması məqsədilə və Qarabağda erməni işğalçılarına qarşı başladılan uğurlu hərbi əməliyyatlara dəstək aksiyaları keçirilib. Ermənipərəst İran rejimi aksiyalarda 100-dən çox azərbaycanlı fəalı həbs edilib. Saxlanılanların bir çoxunun kimliyi hələlik açıqlanmayıb.

Həmçinin yoxlayın

Sayın Mikayil bəy Oytanın Azərbaycana səfirliyinə terror hücumu barədə bildirişi Avstraliyada “Türkish News Press”de dərc edilib-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycan-Avstraliya Assosiyasiyası Prezidenti, GADTB Beynəlxalq Əlaqələr Departamentinin sədri …

Bakıda İranın casus şəbəkəsinə qarşı əməliyyat keçirildi

Bu gün Bakıda İranın casus şəbəkəsinə qarşı xüsusi əməliyyat keçirilib. Azərbaycanın DİN tərəfindən SalamNews informasiya …

Bir cavab yazın