Şənbə , İyun 7 2025
azfa

Yörük-Türkmən festivalında Güney Azərbaycan

GADTB: Türkiyənin Antalya şəhərində keçirilən Yörük-Türkmən mədəniyyət festivalı “Gök Türklər” musiqi qrupunun konserti ilə başa çatıb. Güney Azərbaycanda həmin festivalda təmsil olunub.

İfa çərçivəsində qrupun solisti Bilge Kağan Kara Azərbaycanın Traxtur komandasının tərəfdarlarını səhnəyə dəvət edib. Bu zaman Güney Azərbaycandan olan tamaşaçılar sənətçiyə Traxtur komandasının şalını hədiyyə ediblər.

Bağlanış mərasimində tamaşaçıların alqışları altında Traxtur komandasının bayrağı, eləcə də Azərbaycan və Türkiyə bayraqları dalğalanıb.

Azərbaycanlı Traxtursevərlərin pavilyonu da festival zamanı ziyarətçilər tərəfindən geniş rəğbətlə qarşılanıb və Güney Azərbaycanın milli kimliyini və mübarizəsini tanıdan mərkəzə çevrilib.

Həmçinin yoxlayın

Molla rejimin Evin zindanında həbsdə saxladığı azərbaycanlı fəalların həbsindən 17 ay ötür

GADTB: Azərbaycanlı fəallar Araz Aman, Mürtəza Pərvin, Tahir Nəqəvi, Baqir Hacızadə, Ayaz Seyfxah, Kərəm Mərdanənin …

İranın qatı müxalifi CENTCOM-a rəhbər təyin edildi

GADTB: ABŞ prezidenti Donald Tramp admiral Bred Kuperin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) yeni komandanı vəzifəsinə …