Bazar ertəsi , Sentyabr 7 2026
azfa

Yüzlərlə fəalın tutulması və hədələnməsinə baxmayaraq, Babək qalası qurultayı keçirilir – Video

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, irqçi fars rejimi Babək qalası qurultayı ərəfəsində və Qurulyat keçirilərkən 70-ə qədər azərbaycanlı fəalı yaxalamış və yüzlərlə fəalı isə hədələyərək, onların qurultayda iştirakına mane olmuşdur. Lakin bütün təzyiq və təhdidlərə baxmayaraq Babək qalası qurultayı minlərlə azərbaycanlının iştirakı ilə davam edir.

İrqçi fars rejimi Babək qalasına hərəkəti məhdudlaşdırmaq məqsədilə Güney Azərbaycan şəhərlərinin giriş və çıxışında yoxlama mərkəzləri yaradııb, şəhərə girib, çıxmaq istəyən insalar, xüsusi ilə də azərbaycanlı fəallara nəzarət edir.

Babək qalasının yerləşdiyi Kəleybər məntəqəsi və babək qalasında çox sayda polis və digər təhlükəsizlik qüvvələri cəlb edilib.

Bütün bunlara baxmayaraq minlərlə azərbaycanlı milli-mədəni fəallar özünü Babək qalası mərasiminə çatdırmağı bacardılar. Onlar bu gün tarixi məkanın yerləşdiyi yüksəkliyi fəth edərək Babək qalasında olacaqlar.

Babək qalasına toplaşan azərbaycanlı fəallar “Türk dilində mədrəsə – Olmalıdır hər kəsə”, “Yaşasın Azərbaycan”, “Azərbaycan milləti – Çəkməz belə zilləti”, “Azərbaycan var olsun – İstəməyən kor olsun” və s. şüarlar səsləndiriblər.

Həmçinin yoxlayın

CENTCOM sözçüsü: Hörmüz boğazından 1 600 ticarət gəmisinin və 800 milyon barrel neftin keçməsinə kömək etmişik

GADTB: “New York Times” yazıb ki, müharibənin başlamasından altı aydan çox vaxt keçməsinə baxmayaraq, İranın …

Müctəba Xameneinin Londonda iki lüks mənzili satışa çıxarılıb

GADTB: Londonun “Sunday Times” qəzeti yazıb ki, Londonun Kensinqton sarayına baxan və Müctəba Xameneinin iki …

Bir cavab yazın