Çərşənbə , Oktyabr 21 2026
azfa

Zəncanda azərbaycanlı fəallar Iran;n qar.;s;nda Azərbaycan  Respublikasına dəstək nümayiş etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, İran rejiminin Azərbaycana düşmənçiliyi və işğalçı ermənilərə dəstək verdiyi bir vaxtda Zəncanda azərbaycanlı fəallar Azərbaycan Respublikasınas dəstək nümayiş etdilər.

Bu məqsədlə Zəncan şəhərində azərbaycanlı fəallar “Vətən, xəritələrin hüdudlarından genişdir” yazılmış adlı plakat qaldıraraq, İran rejiminə Azərbaycana düşmənçiliyi ilə bağlı xəbərdarlıq ediblər. Onlar bununla İranın bir sıra hərbi, siyasi və dini rəsmilərinin Azərbaycana qarşı təhdidlərinə etirazlarını bildiriblər.

Zəncanlı fəallar həmçinin açdıqları plakatlarda habelə Qarabağla bağlı şüarlar yazmaqla yanaşı, “#biz Azərbaycanın özüyük” şüarını da yazıb və İranı rejimini uyarıblar.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …