Çərşənbə , May 8 2024
azfa

Təbrizdə azərbaycanlı fəallar zaminə buraxılan Ruzbeh Pirinin görüşünə getdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, oktyabrın 1-də Təbrizdə bir qrup azərbaycanlı milli-mədəni fəal həbsdən zaminə buraxılan azərbaycanlı milli fəal Ruzbeh Pirinin görüşünə gediblər.

Azərbaycanlı fəallar türk dilində təhsil, Azərbaycan mədəniyyəti və türk milli kimliyinin qorunub saxlanılması uğrunda fəaliyyətlərinə görə İran rejimi tərəfindən həbs edilmiş Ruzbeh Piriyə dəstək olublar.

Qeyd edək ki, azərbaycanlı fəal Ruzbeh Piri sentyabrın 9-da Təbrizdə rejimin 12 mülki geyimli təhlükəsizlik qüvvəsi tərəfindən döyülərək yaxalanmışdı. yaxalandığı zaman heç bir məhkəmə qərarı göstərilməyib. O, məmurlar tərəfindən ağır şəkildə döyülüb. Şahidlərin sözlərinə görə ağır bədən xəsarətləri alan milli fəal zorakılıqla maşına mindirilərək naməlum yerə aparılıb.

Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərinə görə həbs və mühakimə edilib.

Ruzbeh Piri 2019-cu ilin noyabr ayında İranda baş qaldıran kütləvi etirazlar əsnasında bir çox digər milli fəalla bərabər həbs edilib, daha sonra ilkin məhkəmə tərəfindən 10 ay həbsə məhkum edilmişdi. O, nəhayət Apellyasiya məhkəməsi tərəfindən “rejimə qarşı təbliğat aparmaq” ittihamı ilə 3 ay həbs cəzasına məhkum edilmişdi.

Ruzbeh Piri kompyuter mühəndisliyi üzrə bakalavr dərəcəsi alıb və hazırda hüquq ixtisasında magistr tələbəsidir.Ruzbeh Piri daha öncə də dinc fəaliyyətlərindən dolayı dəfələrlə həbs və mühakimə edilib.

Həmçinin yoxlayın

Azərbaycanın Xüsusi təyinatlıları iki böyük beynəlxalq təlimə qatılıb

GADTB: Azərbaycan Silahlı Qüvvələrinin xüsusi təyinatlıları Türkiyədə iki böyük beynəlxalq hərbi təlimdə iştirak edirlər. Onlardan …

Azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, dünyasını Dəyişən azərbaycanlı şair Məhəmmədtağı Tağızadə dəfn edilib. …