Cümə , İyun 19 2026
azfa

Zindanın qeyri-münasib şəraitinə etiraz edən azərbaycanlı fəallar ayrı-ayrı bölmələrə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ana dili hüququ uğrunda mədəni mübarizələrinə görə həbs edilən Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı Evin zindanın qeyri-münasib şəraitinə etiraz etdiklərinə görə, ayrı-ayrı bölmələrə köçürülüblər.

Azərbaycanlı fəallar ailələri ilə qısa telefon əlaqəsində bu barədə məlumat veriblər.

Məlum olub ki, Behnam Şeyxi Evin zindanının 4-cü bölməsinə, Həmid Mənafi Nadarlı 8-ci bölməsinin 8-ci zalına, Əlirza Fərşi isə 8-ci bölməsinin 9-cu zalına köçürülüblər.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmin fəallar bir neçə digər türk fəalla bərabər 2014-cü ilin fevral ayında Tehran vilayətinin Baharistan şəhərində Ana Dili Gününü qeyd etdikləri zaman yaxalanmışdılar.

Həmçinin yoxlayın

Tehran Atom Enerjisi Agentliyinin müfəttişlərinin İrana qayıtmasını qəbul etmir

GADTB: İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi cümə günü İranın Beynəlxalq Atom Enerjisi Agentliyi …

Avropa Birliyi edamlara görə İranı pisləyən bəyanat yayıb

GADTB: Avropa Birliyi (AB) İranda insan haqlarının vəziyyəti ilə bağlı yaydığı bəyanatda Tehranın fəaliyyətini pisləyib. …

Bir cavab yazın