Şənbə , Aprel 27 2024
azfa

Əlirza Fərşinin Fəşafuyə zindanına köçürülməsi qanunsuzdur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəmə sistemi rəsmiləri azərbaycanlı milli-mədəni fəal Əlirza Fərşinin Tehranın Fəşafuyə zindanına köçürülməsindən xəbərsiz olduqlarını iddia ediblər.

Azərbaycanlı milli-mədəni fəalın ailəsi Tehranda yerləşən Baharistan İnqilab Məhkəməsinin məhkəmə qərarlarını icra edən şöbəsinə müraciət edərək fəalın Fəşafuyə zindanına köçürülməsinin səbəbini soruşmuşlar. Rejimin məhkəmə rəsmiləri xəbərsiz olduqlarını söyləyiblər.

Məhkəmə rəsmiləri deyiblər ki, prokurorun icazəsi olmadan məhbusu bir zindandan digər zindana köçürülməsi qanunsuzdur.

Deməli Əlirza Fərşinin yeni zindana köçürülməsi tamamilə  qanunsuzdur və rejimin Tehrandakı ETTELAAT İdarəsi fəalı başqa zindana köçürüb.

Əlirza Fərşi həmçinin ailəsi ilə qısa telefon əlaqəsində bildirib ki, Fəşafuyə zindanının rəsmiləri onun İran məhkəmə sisteminin sədrinə ünvanladığı məktubun göndərilməsinə mane olublar və fəalın özünə geri qaytarıblar.

Əlirza Fərşi İbrahim Rəisiyə yazdığı açıq məktubda rejimin ETTELAAT qüvvələrinin onu qarşı qanunsuz davranışlarını şərh edərək tədbir görülməsini tələb edib.

Qeyd edək ki, Əlirza Fərşi İran məhkəmə sisteminin sədrinə və Evin zindanı rəisinin məhkəmə işləri üzrə müavininə ünvanlandığı açıq məktublarda zindanın ağır və dözülməz şəraitinə etirazını bildirmişdi.

Azərbaycanlı fəal həmçinin həbs olunduğu zaman təhlükəsizlik qüvvələrinin onu qarşı güc tətbiq edərək kobud və təhqiredici ifadələrdən istifadə etmələrini açıqlamışdı.

Fəal iyulun 21-də Tehranda irqçi fars rejimin qüvvələri tərəfindən yaxalanaraq zindana salınmışdı. Buna səbəb isə onun 2014-cü ildə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldığı üçün 2 il həbs və 2 il sürgünə məhkum edilməsi olub.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın