Cümə , Aprel 26 2024
azfa

Ərdəbildə rejimin azərbaycanlı uşaqlara türkcə ad qadağasına qarşı divarlara şüarlar yazılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Ərdəbil şəhərində azərbaycanlı milli fəallar rejimin azərbaycanlı uşaqlara türkcə ad verilməsinə tətbiq etdiyi qadağalara etiraz olaraq Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.

Azərbaycanlı fəallar rejimin bu antitürk əməlinə etiraz məqsədilə şəhərin müxtəlif küçə və məhəllələrində divarlara “Sistemli irqçiliyə son!”, “Şovinist düşüncəyə yox!”, “Övladıma hökumət ad seçə bilməz!”, “İrqçiliyə ar olsun!”, “Uşağa ad vermə hüququ təmin olunmalıdır!”, “Mənim adım Ayıl!” və s. belə şüarlar yazaraq irqçi fars rejimin Azərbaycana qarşı irqçi və şovinist siyasətinə etiraz ediblər.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanın Ərdəbil şəhərində valideynlərinin “Ayıl” adı seçdiyi qıza 2 aydır şəxsiyyət vəsiqəsi verməkdən imtina ediblər.

Köpənin atası azərbaycanlı milli-mədəni fəal Səccad Colani bununla bağlı keçən həftə Ərdəbilin Vətəndaş Vəziyyətinin Qeydiyyat İdarəsinin qarşısında çəkdiyi videoda bildirmişdir ki, idarənin məsulları ona Ayıl adına şəxsiyyət vəsiqəsi verilməsi üçün Tehrandan icazə verilməli olduğunu bildiriblər.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın