Cümə , Aprel 26 2024
azfa

Ərdəbilli fəallar Astaranın yenidən Ərdəbil vilayətinə qaytarılmasını tələb etdilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Ərdəbil sakini olan azərbaycanlı fəallar irqçi fars rejimin Gilan əyalətinə birləşdirdiyi Astara bölgəsinin yenidən Azərbaycana qaytarılması üçün Ərdəbil şəhərinin divarlarına şüarlar yazıblar.

Ərdəbilli fəallar şəhərin müxtəlif küçələrinin divarlarna farsca və türkcə “Astara Ərdəbil torpağıdır”, “Astara Ərdəbilə birləşdirilsin” şüarlar yazaraq Astara məntəqəsinin yenidən Ərdəbilə birləşdirilməsini tələb etdilər.

Qeyd edək ki, 1954-ci ildə Şərqi Azərbaycan vilayətinin tərkibində olan türk şəhəri Astara və ona daxil olan kəndlər Güney Azərbaycanın Xəzər dənizi ilə əlaqəsini kəsmək məqsədi ilə Gilan vilayətinə birləşdirilmişdir.

Gilan vilayətinin rəsmiləri isə Azərbaycan şəhəri olan Astaraya ögey münasibət bəsləyir. Astara gömrüyünün illik 600 milyon dollar gəliri vilayətin mərkəzi olan Rəşt şəhərinin inkişafı üçün sərf edilir.

Astara əhalisi dəfələrlə Ərdəbil vilayətinə birləşməyi tələb edib. Onlar Ərdəbillə olan 30 dəqiqəlik fasilələrini xatırladaraq bu fasilənin Rəştlə olan 3 saatlıq fasilədən olduqca az olduğunu və öz məişət işlərini həll etmək üçün Rəştə yox Ərdəbil şəhərində getdiklərini bildiriblər.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın