Cümə , Aprel 26 2024
azfa

ABŞ gəmiləri ətrafında meymun ədası çıxaran terrorçu sepahçılara xəbərdarlıq etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ Geoməkan Kəşfiyyatı Milli Agentliyi bildirib ki, körfəzdə, Ərəb dənizi və Oman körfəzində hərbi gəmilərimizə 100 metrdən çox yaxınlaşan gəmilərə güc tətbiq edəcəyik.

Məlumatda bildirilir:  “Bir müddət əvvəlki hadisələrlə əlaqədar təhlükəsizliyin artırılması və qeyri-müəyyənliyin minimallaşdırılması üçün bütün gəmilərə məsləhət görülür ki, ABŞ Hərbi Dəniz Qüvvələrinin gəmiləri ilə 100 metrlik təhlükəsizlik distansiyasını qorusunlar. 100 metrlik distansiyanı qorumayan hərbi gəmilər təhdid kimi qiymətləndirilə və onlara qarşı müdafiə tədbirləri görülə bilər”.

Qeyd edək ki, bundan öncə ABŞ hərbi gəmilərinə sepah terrorçularının qayıqlarla yaxınlaşıb meymun ədası çıxarması ABŞ-ın etirazına səbəb olmuşdu. Tramp artıq hər növ oyunbazlığa atəş açma əmri verdiyini açıqlamışdı.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Bir cavab yazın