Cümə , Aprel 26 2024
azfa

ABŞ Qarabağda erməni separatçılarına yardımı ləğv etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, erməni lobbisinin aktiv səylərinə rəğmən ABŞ-ın qondarma Qarabağa təqdim etdiyi birbaşa yardım ləğv edilib. Bu məlumatı Amerika Tədqiqatları Erməni Mərkəzi yayıb.

“Tramp administrasiyası Qarabağın minalardan təmizlənməsi proqramına ayrılan vəsaitin ixtisarı barədə qərar qəbul edib. Amerika Tədqiqatları Erməni Mərkəzi dəfələrlə Azərbaycan hakimiyyətinin aktiv fəaliyyəti, o cümlədən ABŞ Təhlükəsizlik Şurasında öz maraqlarının təmini üçün xərclədiyi pullar barədə məlumat təqdim edib. Məhz ABŞ Təhlükəsizlik Şurası bu proqramın gələcəyini müəyyən edir.

Qeyd etmək yerinə düşər ki, ABŞ Ermənistan istisna olmaqla, Qarabağın müstəqilliyini tanımadan ona maliyyə yardımı göstərən yeganə dövlət olub”, – deyə bəyanatda bildirilib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın