Cümə , Aprel 26 2024
azfa

ABŞ terrorçu təşkilatının rəhbərlərindən Məhəmməd Kavtaraninin yerini deyənə 10 milyon verəcək

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, ABŞ İraqda İrana bağlı terrorçu Hizbullah hərəkatının əsas başçılarından birinin yerini deyənə mükafat təyin edib.

Bununla bağlı ABŞ Dövlət Departamentinin bəyanat yayıb. Bəyanatda bildirilir ki, terrorçu Hizbullah hərəkatının İraqdakı lideri Məhəmməd Kavtaraninin yeri haqqında məlumat verən hər kəsə ABŞ 10 milyon dollar məbləğində mükafat verəcəyini açıqlayıb.

Qeyd edək ki, İran belə terror təşkilatlarını öz mənfur niyyətləri həyata keçirib, region ölkələrini ələ keçirmək məqsədilə yaradaraq maliyyələşdirir.

Həmçinin yoxlayın

Ermənilər Azərbaycanla sərhəddə döyüş mövqelərini sökməyə başladılar

GADTB: Ermənistan ordusunun Azərbaycanla sərhəddə yerləşən Tavuş vilayətinin Kirants kəndi istiqamətindəki mövqeləri sökülür. Bu barədə …

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Bir cavab yazın