Şənbə , Aprel 27 2024
azfa

ABŞ Türkiyədən “S-400” raketlərini ala bilər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Amerika Birləşmiş Ştatları keçən həftə Senata təklif edilən qanunvericilik təşəbbüslərin bir hissəsi olaraq Türkiyən ərazisində yerləşdirilən Rusiyanın “S-400” zenit-raket sistemlərini ala bilər.

Bu barədə “Defense News” nəşri məlumat yayıb.

Qeyd olunub ki, bu addım beşinci nəsil “F-35 Lightning II” bombardmançı qırıcıların yaradılması proqramı ilə bağlı ABŞ və Türkiyə arasında yaranan narazılığı aradan qaldıra bilər.

2021-ci maliyyə ili üçün nəzərdə tutulan müdafiə büdcəsi layihəsinə müvafiq dəyişikliyi Cənubi Dakotadan senator Con Tyun təklif edib. O, hesab edir ki, Türkiyədə olan “S-400” zenit-raket sistemləri ABŞ ordusuna raketlərin alınması üçün ayrılan vəsait hesabına əldə edilə bilər.

Senatın Xarici işlər komitəsinin respublikaçı sədri Cim Riş isə hesab edir ki, “Sanksiyalar vasitəsilə Amerika düşmənlərinə müqavimət haqqında” (CAATSA) qanuna əsasən Türkiyəyə qarşı sanksiyalar tətbiq edilməlidir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın