Cümə , Aprel 26 2024
azfa

Ayrıseçliklə qarşılaşan Traxtur klubu hakimdən şikayət edib

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Traxtur klubu Tehranın Perspolis komandası ilə yarışda hakimdən şikayət edib. Komanda hakimin qərəzli və yanlış qərarlarının həlledici olduğunu bildirərək Məhəmmədrza Əkbəriandan Futbol Federasiyasının İnzibati Komitəsinə şikayət edib.

Şikayətdə bildirilir ki, hakimin ardıcıl olaraq qəsdən təkrar fit çalması, oyunu müvəqqəti dayandırması, oyunçulara dəfələrlə kart göstərməsi və s. oyunun sürətinə təsir edib və Traxtur oyunçularının diqqətini oyundan yayındırıb. Hakim xalqlara təhqirlə bağlı şüar verildiyi zaman, FİFA qanunlarına əsasən oyunu dayandırmalı idi. Lakin bunlara riayət edilməyib.

Klubun nümayəndəsinin yanvarın 27-dən Futbol Federasiuyasına müraciət edərək bu məsələyə baxılmasını tələb etdiyi bildirilir.

Qeyd edək ki, Traxtur-Perspolis yarışı yanvarın 26-da Tehranın Azadi stadionunda keçirilib. Perspolis tərəfdarların rəqib komanı və Azərbaycan türk millətini kobud şəkildə təhqir ediblər. Hakim isə qərəzli və ədalətsiz möve sərgiləyib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın