Çərşənbə , İyun 3 2020
azfa

Azərbaycan Respublikası koronavirusla mübarizə məqsədilə xaricə giriş-çıxış tam dayandırdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Azərbaycanda koronavirus (COVİD-19) pandemiyasına qarşı həyata keçirilən tədbirlər çərçivəsində 5 aprel 2020-ci il saat 00:00-dan etibarən 20 aprel aprel 2020-ci il saat 00:00-dək yükdaşımaları istisna olmaqla, Azərbaycan Respublikası ərazisinə yerüstü və hava nəqliyyatı yolu ilə giriş-çıxış, o cümlədən yerli hava uçuşları tam şəkildə dayandırılır.

Bu barədə Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.

Tətbiq olunan bu tədbir koronovirus xəstəliyinə daxili yoluxma hallarının operativ aşkarlanması, yoluxan şəxslərin izolyasiya edilməsi və onların təmaslarının müəyyən olunması və karantinə yerləşdirilməsi, karantin məntəqələrinin qəbuletmə imkanlarının tənzimlənməsi və ölkə ərazisində xəstəxanaların hazırlığının artırılması istiqamətində görülən işlərin daha da gücləndirilmiş şəkildə aparılmasına xidmət edir.

Qlobal pandemiya və fövqəladə vəziyyət şəraitini nəzərə alaraq, xarici ölkələrdə olan Azərbaycan Respublikası vətəndaşlarını təmkin və anlayış nümayiş etdirməyə, olduqları ölkələrin karantin rejiminə ciddi şəkildə riayət etməyə, səfərlərdən çəkinməyə çağırır və xüsusi zəruri hallarda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə müraciət etməyi tövsiyə edirik.

Həmçinin yoxlayın

Güney Azərbaycanın Meşginşəhr bölgəsində tarixi qaya rəsimləri aşkarlanıb-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Meşginşəhr (Xiyav) bölgəsində 15 yeni tarixi …

Türkiyə hazırladığı koronavirus vaksininin istehsalına başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Türkiyə Qızıl Ay Komitəsinin başçısı Kərəm Kınık koronavirus …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir