Çərşənbə axşamı , Oktyabr 20 2026
azfa

Fars-molla rejimi koronavirusa yoluxdurduğu Şərqi Azərbaycanı fəlakətlə qarşı-qarşıya qoymaq istəyir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejiminin Səhiyyə Nazirliyinin elan etdiyi kimi rejimin Qumdan koronavirusu yoluxdurduğu Şərqi Azərbaycanda koronavirusun yayılma səviyyəsi ölkə üzrə ən təhlükəli səviyyəyə çatıb.

Səhiyyə Nazirliyinin sözçüsü Kiyanuş Cəhanpur bildirib ki, Şərqi Azərbaycan, Fars, İsfahan və Rəzəvi Xorasan koronavirusun yayılması baxımından ən təhlükəli vilayətlər hesab edilir.

Rejimin Şərqi Azərbaycanlı belə fəlakətə sürəkləməsinə etiraf etməsinə baxmayaraq, burada daha böyük fəlakət törətmə planının olması üzə çıxıb. Rejim fəlakət törətmək məqsədilə fəaliyəti dayandırılmış istehsal və peşə obyektlərini tətil müddətini uzatmaq istəmir.

Şərqi Azərbaycanda peşə obyektlərinin tətil müddətinin aprelin 8-dək davam edəcəyi bildilir. Bunun isə fəlakətə səbəb olacağı bildilir.  

Təbriz şəhərinin Əsnaf Otağı bu barədə məlumat yayaraq bildirib:

“Korona ilə Milli Mübarizə Təşkilatının və Vilayət üzrə Korona ilə Mübarizə Təşkilatının ictimai fasilə planı barədə qərarı ilə virusun yaylmasının davam etməsi təhlükəsinin və onun qarşısını almağın vacibliyini nəzərə alaraq bildiririk ki, əyalətin zəruri olmayan sinfi vahidlərinin tətil olmaları vaxtı cari ilin 8 aprelinədk davam edəcək”.

Həmçinin yoxlayın

Qətər və Pakistan Tehran–Vaşinqton danışıqlarının bərpası üçün plan təklif edib

GADTB: “Əl-Ərəbi əl-Cədid” qəzeti oktyabrın 20-də məlumatlı mənbələrə istinadən xəbər verib ki, Qətər və Pakistan …

Təbrizin Səhənd stadionunda türklərə qarşı irqçiliyə etiraz çağırışı edildi

GADTB: Cənubi Azərbaycanın müxtəlif şəhərlərində fəaliyyət göstərən Traxtur futbol klubunun azarkeş qrupları Ənzəlidə türklərə qarşı …

Bir cavab yazın