Bazar , Sentyabr 20 2020
azfa

Azərbaycanlı fəal Behnam Şeyxi zəmanət qarşılığında məzuniyyətə buraxılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Behnam Şeyxi Tehranın Evin zindanından məzuniyyətə buraxılıb.

Azərbaycanlı milli-mədəni fəal sentyabrın 15-də vəsiqə və əmək haqqının çekini zəmanət qoymaqla 1 həftə müddətinə sərbəst buraxılıb.

Qeyd edək ki, Behnam Şeyxi keçən ay ailəsi ilə qısa telefon əlaqəsində özündə koronavirus infeksiyası əlamətlərini müşahidə etdiyini bildirmişdi.

Lakin Şeyxi COVİD-19 testi üçün zindanın poliklinikasına müraciət etsə də, test  çatışmazlığına üzündən səhiyyə işçiləri onu yoxlamaqdan imtina edib, yalnız ağrıkəsici dərmanlar verməklə kifayətlənmişlər.

Zindan rəsmiləri də həmin fəala bildiriblər ki, onunla eyni bölmədə yəni Evin zindanın 8-ci bölməsində saxlanılan əksər məhbusların COVİD-19 testi müsbət çıxıb.

Qeyd edək ki, Azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlı barəsində Baharistan İnqilab Məhkəməsinin 1-ci şöbəsi  tərəfindən 10 il həbs və 2 il sürgün qərarı çıxarılmışdır.

Yanvarın 20-də isə Tehran Apelyasiya Məhkəməsinin 54-cü şöbəsi azərbaycanlı fəallar Əkbər Azad, Əlirza Fərşi, Behnam Şeyxi və Həmid Mənafi Nadarlını 2014-cü ildə Tehranın yaxınlığında yerləşən Nəsimşəhrdə Beynəlxalq Ana Dili Günü mərasiminə qatıldıqları üçün əvvəlki qərarı 2 il həbs və 2 il sürgün cəzası ilə dəyişdirmişdir.

Həmçinin yoxlayın

Avropanın mərkəzində törədilmiş Türk soyqırımı

GADTB: II Dünya Müharibəsinin son günlərində düz Avropanın göbəyində törədilmiş bu genosiddən və ingilis satqınlığından …

İrqçi fars rejim Azərbaycanı kürdləşdirmək məqsədilə yüzlərlə iraqlı kürd öyrəncini Təbrizə yerləşdirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejim Azərbaycanı kürdləşdirmək məqsədilə yüzlərlə iraqlı …

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir