Cümə axşamı , Sentyabr 24 2026
azfa

Türkiyədə ilk uçan avtomobilin sınaq uçuşları keçirildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə,  “Baykar” şirkəti tərəfindən milli və xüsusi olaraq hazırlanan Türkiyənin ilk uçan avtomobili “Cezeri”nin ilk sınaq uçuşları uğurla tamamlanıb.

Türk mühəndislərinin dizayn edərək istehsal etdiyi “Cezeri”nin  ilk sınaq uçuşları sentyabrın 11-də başlayıb.

Şirkətin texniki direktoru Səlcuq Bayraktar tamamilə sərbəst şəkildə havaya qalxan ağıllı uçuş sistemi ilə təchiz edilən qurğunun bir gecədə keçirilmiş iki ayrı-ayrı sınaqlarında da müsbət nəticə əldə olunduğunu, qurğunun çəkisinin 230 kiloqram olduğunu və hazırlanmasına 18 ay vaxt sərf edildiyini bildirib..

Avtomobil 100% elektrik enerjisi ilə hərəkətə gəlir və 8 elektrik mühərriki ilə işləyir. Üç ehtiyatlı ağıllı uçuş sisteminə sahib olan “Cezeri” gələcəkdə süni zəka sistemləri ilə təchiz ediləcək. Uçan avtomobilin 100 km/saat sürətinə və 2000 metr uçuş hündürlüyünə çatması, batareya texnologiyasının inkişaf etdirilməsi ilə paralel olaraq bir saat havada qalmaqla 70-80 kilometr məsafə qət edə bilməsi üçün işlər görülür.

Həmçinin yoxlayın

Uitkof: “TRIPP Hörmüz boğazına alternativ ola bilər”

GADTB: TRIPP (Tramp marşrutu) layihəsi Hörmüz boğazı da daxil olmaqla, əsas nəqliyyat qovşaqlarının həssaslığı fonunda …

Ana dilinin və türk adlarının qadağan edilməsi: Türk adlarına görə 14 azərbaycanlı uşaöa doğum haqqında şəhadətnamə verilmir

GADTB: Məktəblərin açılması münasibətilə #بالامین_آدی kampaniyası və @dan.magazin səhifəsi “Mənim «ana dilim» tədris olunmadı; «ana …

Bir cavab yazın