Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəal İbrahim Nuri Evin zindanının 7-ci bölməsinə köçürüldü

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, azərbaycanlı milli-mədəni fəal İbrahim Nuri Evin zindanının 7-ci bölməsinə köçürüldü.

Tehranda Evin zindanının 4-cü bölməsinin karantin hissəsində saxlanılan İbrahim Nuri noyabrın 14-də həmin həbsxananın 7-ci bölməsinə aparılıb.

Azərbaycanlı fəal avqustun 28-də Evin zindanı məsulları tərəfindən 209-cu bölmədən 4-cü korpusa köçürülmüşdür.

İbrahim Nuri işğalçı fars rejimin Əhərdə yerləşən məhkəməsi tərəfindən qondarma ittihamlarla 6 ay azadlıqdan məhrum edilib.

Azərbaycanlı fəal 2018-ci il iyulun 3-də Babək Qalası Qurultayında iştirak edəcəyi ehtimal olunduğu üçün Tehranda yaxalanıb və daha sonra 2016-cı ilin rəməzan ayının son cümə günündə keçirilən aksiyada Çin dövlətinin zülmünə qarşı uyğur türklərini himayə məqsədilə şüarlar səsləndirildiyi üçün 6 ay həbsə məhkum edilib və rejim hazırda fəalı Evin zindanın 7-ci bölməsinə köçürüb.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın