Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəallardan Təbrizdə İzmir zəlzələsilə bağlı Türkiyəyə başsağlığı şüarı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın  Təbriz şəhərində azərbaycanlı fəallar divarlara şüarlar yazmaqla Türkiyənin İzmir şəhərində baş vermiş gücü zəlzələ ilə bağlı Tükiyə ilə həmrəylik nümayiş etdirib, bu təbii fəlakətlə bağlı orjinal şəkildə başsağlığı vermişlər.

Azərbaycanlı fəallar divarlara Türkiyə türklərinə xitabən yazmışlar: “Can qardaşım Türkiyə bağışla gələ bilmirik yardım üçün çünki, yağı faşistlər kəsib yolumuzu”.

Azərbaycanlı fəallar həmçinin türk dilində latın və əski əlifba ilə divarlara aşağıdakı şüarları da yazıblar:

– Sevinclərimiz bir, kədərlərimiz bir!

– Başın sağ olsun, Türkiyə!

–  Keçmiş olsun, İzmir!

– Can qardaşım Türkiyə bağışla gələ bilmirik yardım üçün çünki, yağı faşistlər kəsib yolumuzu.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın