Bazar ertəsi , May 6 2024
azfa

Argentina İran daxili işlər nazirinin həbsini tələb etdi

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Argentina 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində İranın törətdiyi terror aktında İranın daxili işlər naziri Əhməd Vahidinin məsuliyyət daşıdığı üçün onun həbs edilməsini tələb edir.

Agentinanın Xarici İşlər Nazirliyinin bnunla bağlı məlumatında deyilir: “Argentina 1994-cü ildə Yəhudi Mədəniyyət Mərkəzinə (AMİA) 85 nəfərin ölümünə səbəb olan hücuma görə məsuliyyət daşıyanların beynəlxalq həbsini tələb edir, onlar isə tam cəzasız olaraq rəhbər vəzifələrini tutmaqda davam edirlər. Onlardan biri də axtarışda olan Əhməd Vahididir”,- məlumatda bildirilib.

Qeyd edilir ki, Argentina ədliyyəsi tərəfindən AMİA-ya hücumun səbəbkarlarından biri kimi bu şəxs hazırda İran İslam Respublikasının daxili işlər naziridir və Pakistan və Şri-Lankada səfərdə olan hökumət nümayəndə heyətinin üzvüdür. Argentina Pakistan və Şri-Lanka hökumətlərindən onun İnterpolun təklif etdiyi mexanizmlərə uyğun olaraq həbsini xahiş edib.

Aprelin ortalarında Argentinanın Federal Cinayət Kassasiya Palatası 1994-cü ildə Buenos-Ayresdə Yəhudi Mədəniyyət Mərkəzində terror aktı ilə bağlı bir neçə işə baxdıqdan sonra hücumu İranın üzərinə atıb.

Qeyd edək ki, 18 iyun 1994-cü ildə Argentinanın paytaxtında İrana bağlı terrorçular Yəhudilərin Yardımlaşma Mərkəzi binasına bomba qoyaraq 85 yəhudinin ölümünə, 300-dən çox yəhudinin yaralanmasına səbəb olublar. Aprelin 12-də Argentina məhkəməsi 1992-ci ildə İsrailin Buenos-Ayresdəki səfirliyinə və 1994-cü ildə “Amia” Yəhudi Mərkəzinə hücuma görə İran hökumətini “bəşəriyyətə qarşı cinayət”də ittiham edib.

Həmçinin yoxlayın

Urmiya gölü böhranlı vəziyyətdədir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, son həftələrdə Urmiya gölünün vəziyyəti ilə bağlı paylaşılan …

Molla rejimi yeni “nüvə adası”nın tikintisinə başlayır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, molla rejimi bu ilin payızında Karun atom elektrik …