Cümə , Aprel 26 2024
azfa

Azərbaycan türkcəsinin rejim tərəfindən məktəblərdə tədrisinin qadağan edilməsinə etiraf

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Zəncan vilayətinin Təhsil Şöbəsinin rəis müavini Əsğər Bayat Azərbaycan türkcəsinin rejim tərəfindən məktəblərdə tədrisinin qadağan edilməsinə etiraf edərək, vilayətdə türk dilinin tədrisinin qanunsuz olduğunu bildirib.

“İsna” xəbər agentliyinə danışan Əsğər Bayat  deyib: “Məktəblərdə türk dilinin tədris olunması qeyri-qanunidir və bu barədə Zəncan Əyalətinə yeni bir bildiriş göndərilməyib. Ana dilinin tədris olunması mövzusunda nəzəri bəhslər aparılır. Təbii ki, bu barədə mütəxəssislər öz fikirlərini bildirməlidir. Nəzərə alınmalıdır ki, ana dilinin tədris olunması üçün müəyyən şərait və zəmin yaradılmalıdır”.

Onun sözlərinə görə, hazırda ölkənin heç bir məktəbində türk dili tədris olunmur, lakin bəzi vilayətlərdə müəllimlər şagirdlərin yaxşı başa düşməsi üçün dərsi ana dilində keçir. Bunun bəzən yaxşı təsiri olur.

Əsğər Bayat, Zəncan vilayətinin Təhsil Şöbəsinin dərslərin fars dilində keçirilməsinə təkid etdiyini bildirərək qeyd edib ki, türk dilinin tədris olunması üçün öncə qanun qəbul olunmalı, sonra isə əyalətlərə elan edilməlidir. Növbəti mərhələdə dərsliklər hazırlanmalı və müəllimlər müəyyən olunmalıdır. Bunun üçün də vaxt lazımdır.

Qeyd edək ki, işğalçı fars rejim Azərbaycan türkcəsində məktəblərdə və universitetlərdə tədrisi qadağan edib. Azərbaycan türk millətinin illərlə bu barədə tələblərinə də məhəl qoyulmur.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın