Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı fəal Şahin Bərzgər vəsiqə qarşılığında zaminə buraxıldı

 GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli-mədəni fəal Şahin Bərzgər mülki vəsiqə qarşılığında rejimin Təbrizdə yerləşən zindanından zaminə buraxılıb.

Qeyd edək ki, azərbaycanlı fəal Şahin Bərzgər 2019-cu ilin noyabr ayında noyabr ayında kütləvi etirazlar zamanı Təbrizdə öz evlərində rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. fəal həmin etirazlar zamanı saxlanılan çox sayda azərbaycanlı milli-mədəni fəal kimi, heç bir dəlil olmadan uzun müddət qeyri-müəyyən vəziyyətdə həbsdə saxlanılıb.

Şahin Bərzgər təxminən 3 ay rejimin Təbrizdıki ETTELAAT İdarəsinin təcridxanasında işgəncələr altında saxlandıqdan sonra fevralın 3-də zindana köçürülmüşdür.

Azərbaycanlı fəal bundan əvvəl də Azərbaycan türk millətinin hüquqları uğrunda apardığı mədəni mübarizəyə görə rejim tərəfindən həbs və təzyiqlərə məruz qalmışdır.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın