Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı gənclər antitürk valinin kənarlaşdırılmasını tələb etdilər-Video

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, avqust ayının 22-də Güney Azərbaycanın Urmiya şəhərində azərbaycanlı fəallar və gənclər stadionda irqçi fars rejimin Qərbi Azərbaycanı Kürdüstanlaşdırmaq məqsədilə bu vilayətə təyin etdiyi qeyri-yerli kürd valinin kənarlaşdırılmasını tələb edtilər.

Bu məqsədlə azərbaycanlı fəallar Urmiyanın 90 komandası ilə Rəştin Sepidrud komandası arasında stadionda keçirilən yarışda “Azərbaycan var olsun-ostandar ixrac olsun” şüarı səsləndiriblər. Beləliklə, onların rejimin Qərbi Azərbaycana təyin etdiyi Antiazərbaycan valinin kənarlaşdırılmasını tələb ediblər.

Qeyd edək ki, Urmiyanın 90 komandası ilə Rəştin Sepidrud komandası arasında keçirilən yarış 1-0 hesabı ilə Urmiyanın komandasının xeyrinə sona çatıb.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın