Cümə , Aprel 26 2024
azfa

Azərbaycanlı milli fəal Əli İbrahiminin zaminə buraxılması üçün girov təyin edildi

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin məhkəməsi yaxaladıqları azərbaycanlı milli-mədəni fəal Əli İbrahiminin zaminə buraxılması üçün girov müəyyənləşdirib.

Noyabr aksiyaları zamanı həbs edilən və Tehranın Evin zındanının 209-cu bölməsində saxlanılan azərbaycanlı fəal Əli İbrahiminin 22 gündən sonra  müvəqqəti azadlığa buraxılması üçün 150 milyon girov təyin olunub.

Qeyd edək ki, azərbaycanlı fəal Əli İbrahimi Tehran vilayətinin Əkbərabad məntəqəsinin Nəsim şəhərində yaşayır. O, noyabrın 19-u Nəsim şəhərində irqçi fars rejimin təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb. həmin gündən fəalın harda və necə saxlanıldığı barədə heç bir xəbər yox idi.

Həmçinin yoxlayın

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Bir cavab yazın