Bazar , Noyabr 17 2024
azfa

Azərbaycanlı öyrəncilərin təşəbbüsü ilə Azərbaycan Mədəni Universitetində türk kitabları sərgisi açıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Təbriz şəhərində azərbaycanlı öyrənci fəalların və öyrəncilərin təşkil etdiyi ocaqların təşəbbüsü ilə Azərbaycan Mədəni Universitetində türk və fars kitabları sərgisi açıldı.

Sərgi “Fərhəng və Əndişə”, eləcə də “Şeir və Ədəbiyyat” ocaqlarının xüsusi dəstəyi ilə keçirilir. Dekabrın birindən başlayan sərgi 4 gün müddətinə davam edəcək.

Sərgidə müxtəlif sahələrdə, o cümlədən türk dili təlimi kitabları nümayiş edilir. Uşaq kitabları isə 20 faiz endirimlə satılır.

Sərgidə rejim tərəfindən qurudulmuş Urmiya gölünün hazırlanmış maketi də nümayiş etdirilir. Maket “Fərhəng və Əndişə” və “Şeir və Ədəbiyyat” ocaqları tərəfindən hazırlanıb.

Həmçinin yoxlayın

GADTB başqanı sayın Əjdər bəy Tağızadənin COP29 tədbirində çıxışı-Şəkil

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı sayın …

Bir qrup azərbaycanlı milli fəal Ərdəbildə Rəhim Novruzinin məzarını ziyarət ediblər

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, bir qrup azərbaycanlı milli fəal Ərdəbilin Behişt Zəhrayi …

Bir cavab yazın