Çərşənbə , Oktyabr 14 2026
azfa

Azərbaycan təyyarəsi qəzaya uğrayıb, ölənlər var

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Aktau yaxınlığında qəzaya uğrayan təyyarədə ölənlərin sayı 14 nəfərə çatıb. Qazaxıstan Səhiyyə Nazirliyi məlumat yayıb.

“25.12.2024-cü il tarixində saat 10:58-də 1-ci kateqoriyalı təcili yardım çağırışı daxil olub (təyyarənin göyərtəsində balon partlayıb). 22 təcili tibbi yardım briqadası və Mərkəzi Tibb Mərkəzindən 6 briqada göndərilib. Rayon multidissiplinar xəstəxanasında 30 cərrahiyyə və travma çarpayısı, 10 reanimasiya çarpayısı hazırlanıb. Rayon uşaq xəstəxanasında da 20 çarpayılıq və 10 reanimasiya çarpayısı hazırlanıb”,- məlumatda deyilir.

Qeyd olunur ki, hazırda 14 zərərçəkən rayon xəstəxanasına çatdırılıb:

“14 nəfərdən 5-i ağır vəziyyətdə reanimasiyadadır. 11 yaşlı uşaq Uşaq Xəstəxanasına yerləşdirilib və təcili yardım səviyyəsində müayinə olunur. Daha 1 uşağı da gətirirlər, 16 yaşında”.

Qeyd edək ki, Azərbaycan Hava Yolları aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin 3 km yaxınlığında qəzaya uğrayıb.

Qazaxıstanın Aktau şəhərində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus təyyarənin qəzaya uğraması nəticəsində xəsarət alan 25 nəfər xəstəxanaya yerləşdirilib.

Bu barədə Qazaxıstan Fövqəladə Halllar Nazirliyindən bildirilib.

Həmçinin yoxlayın

İraqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir

GADTB: İrqçi fars-molla rejimi Xəzərin türk mənşəli adənə təhrif etməyə cəhd edir. Bu istiqamətdə molla …

Azərbaycanlı şair və həkim Aqşın Ağkəmərli vəfat edib

GADTB: Bu gün səhər saatlarında Azərbyacn Respublikasında yaşayan Güney Azərbaycandan olan folklorşünas, tədqiqatçı və yazıçı …