Bazar ertəsi , İyun 1 2026
azfa

Güney Azərbaycanda ən çox sevilən adlar açıqlanıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Şərqi Azərbaycan əyalətində son 9 ay ərzində qız uşaqlarına ən çox Mahlin, oğlan uşaqlarına isə Ayhan adı qoyulub.

Şərqi azərbaycanda rejimin əyalətdə Vətəndaş Vəziyyətləri Qeydiyyatı İdarəsinə təyin etdiyi rəis Rza İmani bu barədə açıqlama verib.

Rza İmani deyib: “Bu adlardan başqa uşaqlara Şahan, Alisan, Əbülfəz, Əmirəli, Araz, Elvin, Orhan, Mahan, Mehdi, Məhəmməd, Nəfəs, Zəhra, Fatimə, Nura, Aniya, Səlin, Anisa, Dəniz, Nihan və Elay adları seçilib”.

Qeyd edək ki, Şərqi Azərbaycanla yanaşı Ərdəbil əyalətində yeni doğulan uşaqlara türk adlarının verilməsi halları artıb.

Ərdəbil əyalətinin Qeydiyyat İdarəsinin rəisi Vəhid Xülusinin sözlərinə görə, son vaxtlar Ərdəbildə oğlan uşaqlarına daha çox  Ayhan, Arkan, Alisan adları qoyulur.

“Bundan əvvəl Ərədbildə körpələrə dini şəxsiyyətlərin və müqəddəslərin adları verilirdi, indi isə bu qəribə adlar üstünlük təşkil edir və bu çox təəccüblüdür”,- deyə Xülusi narahatlığını bildirib.

O, oxşar tendensiyanın qız uşaqları ilə bağlı da baş verdiyinə diqqət çəkib.

Qeydiyyat İdarəsinin rəisi deyib ki, bundan əvvəl qızlara daha çox Fatimə, Zəhra, Məryəm və bir sıra islami adlar seçilirdi, bu gün isə həmin adların yerini Mahlin, Nisan və başqa bu kimi adlar tutub.

Vəhid Xülusi uşaqlara türk adlarının verilməsi hallarının artmasını müsbət qarşılamasa da, başçılıq etdiyi idarənin həmin adları qeydiyyata almağa məcbur olduğunu iddia edib.

Həmçinin yoxlayın

Molla rejimi tarixi Azərbaycan ərazisi Mərkəzi əyalətdə daha 75 nəfərin əmlakını  müsadirə edib

GADTB: Molla rejimi müxaliflərin əmlaklarını müsadirə etməsi və dondurması ilə bağlı tədbirlərin davam etdiyi bir …

Urmiya gölünün səviyyəsinin ötən illə müqayisədə artdığı iddia edilir

GADTB: Şərqi Azərbaycan Regional Su Şirkətinin baş direktoru və Urmiya Gölünün Bərpası Qərargahının üzvü Yusif …