Şənbə , Aprel 27 2024
azfa

Azərbaycanlı siyası məhbus Tohid Əmir Əmini iki ildir ad gününü zindanda keçirir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, türk dili  hüququ uğrunda fəaliyyətlərinə görə irqçi fars rejimin həbs etdiyi azərbaycanlı milli milli-mədəni fəal Tohid Əmir Əmini iyulun 31-də ikinci il ad gününü zindanda qeyd edib.

Tehranın Evin zindanında saxlanılan və ad gününü onunla eyni bölmədə saxlanılan məhbuslarla birlikdə keçirən Tohid Əmir Əmini ictimaiyyətə müraciətində Azərbaycan uğrunda silvil mübarizəsinə davam etdirəcəyini bidirib.

Azərbaycanlı siyasi məhbus zülm və təzyiqlərin onu getdiyi haqq yolundan döndərə bilməyəcəyini qeyd edərək deyib: “Biz qoymayacağıq ki, qorxu gələcəyimizi əlimizdən alıb, bizim yaşamımızı müəyyənləşdirsin. Biz, həqiqəti düşünüb tanrının sözlərinə dayanaraq, ağıl və məntiqlə addım atacaq, qorxulu meydanlardan içimizdə olan iman gücü ilə başıuca çıxacağıq”.

Qeyd edək ki, Ərdəbil vilayətinin Ünqüt şəhərinin sakini olan Tohid Əmir Əmini, 2019-cu ilin fevral ayında Beynəlxalq Ana Dili Günü manasibətilə yaydığı yazılı vərəqələrə rejim azərbaycanlı fəalı şərləyib və 7 il yarım həbsə məhkum edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın