Cümə , Aprel 26 2024
azfa

Britaniya üçün türk dili gələn 20 il üçün ən vacib dillər sırasındadır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Britaniya Mədəniyyət Şurası bu ölkədə xarici dilləri öyrənmək istəyənlərin prioritetini müəyyənləşdirmək məqsədi ilə vaxtaşırı 10 önəmli dilin siyahısını açıqlayır.

2013-cü ildə açıqlanan siyahıda türk dili ispan, ərəb, çin, fransız, alman, portuqal, italyan, rus və yapon dili ilə yanaşı “Gələcək 20 ildə Britaniya üçün ən vacib dillər kimi təqdim olunub.

Tanınmış azərbaycanlı yazıçı və araşdırmaçı Məhəmməd Rəhmanifər bu barədə Britaniya Mədəniyyət Şurasının rəsmi saytına istinadən məlumat yayıb.

Sözügedən siyahıya daxil olan 10 dil iqtisadi, geosiyasi, mədəni, təhsil və digər amillərlə bağlı meyarlar əsasında seçilir. Siyahıya Britaniyanın ticarət, təhlükəsizlik və diplomatik maraqlarına cavab verən və internetdə nüfuzu olan dillər daxil edilir.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın