Şənbə , Aprel 27 2024
azfa

Cesika Oyta: Azərbaycan Ordusunun işğalda qalan torpaqları azad etməsi qəlbimizdə qürur hissi doğurur-Audio

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Avstraliya Azərbaycan Assosiyasının və Güney Azərbaycan Demokratik Türk Birliyinin  (GADTB) üzvü  gənc azərbaycanlı hüquqşünas Cesika Oyta ABC Radiosu və Xəbər Agentliyinə müsahibədə deyib ki, Azərbaycan Ordusunun 30 ilə yaxın bir müddətdə erməni işğalı altında qalan torpaqları azad etməsi Avstraliyada yaşayan azərbaycanlıların da qəlbində qürur hissi doğurur.

Radionun müxbirinin suallarını cavablandıran C.Oyta hadisənin tarixi və səbəbləri barədə ətraflı məlumat verib. Qafqaza gəlmə xalq olan ermənilərin tarixboyu Azərbaycan torpaqlarına göz dikdiyini vurğulayan avstraliyalı soydaşımız ötən əsrin 90-cı illərində erməni yaraqlılarının keçmiş SSRİ-nin dağılmasından istifadə edərək Dağlıq Qarabağı və ona bitişik 7 rayonu işğal etdiyini xatırladıb. Nəticədə bir milyon azərbaycanlı doğma ata-baba yurdlarından qovularaq məcburi köçkünə və qaçqına çevrilib. O qeyd edib ki, heç bir beynəlxalq təşkilat, dünya dövləti işğal olunan ərazidə elan edilən qondarma “Dağlıq Qarabağ respublikasını” tanımayıb. Əksinə, həmin ərazidə sonradan yerləşdirilən Ermənistan ordusu daim Azərbaycan ərazilərini atəş altında saxlayaraq təxribatlar törədib. Azərbaycan Ordusu da məhz son belə təxribatdan sonra mülki əhalinin təhlükəsizliyini təmin etmək üçün əks-hücuma keçib.

Azərbaycanın sülhsevər bir ölkə olduğunu vurğulayan C.Oyta buradakı bütün xalqların və dini konfensiyaların nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadığını xüsusi vurğulayıb. Ermənistandan fərqli olaraq, Azərbaycanın tolerant və çoxmədəniyyətli bir ölkə olduğunu qeyd edib.

Müxbirin qarşıdurma nəticəsində həm mülki əhali, həm əsgərlər arasında çoxsaylı itkilərin olması barədə sualını cavablandıran soydaşımız bildirib ki, 30 ilə yaxın bir müddətdə davam edən gərginliyin Azərbaycan xalqının səbrini daşırdığını, bununla yanaşı, məcburi köçkünlərin öz doğma ocaqlarına qayıtmaq üçün hər şeyə hazır olduqlarını bildirib. Deyib ki, torpaq bizim üçün müqəddəs anlayışdır və Azərbaycan xalqı heç vaxt ərazilərimizin düşmən tapdağı altında qalmasına razılaşmayacaq. Erməni ordusuna gəldikdə isə, əgər onlar başqasının torpağı uğrunda ölmək istəmirlərsə, onda işğal etdikləri ərazilərdən çıxıb getməlidirlər. Təbii ki, söhbət burada yaşamış mülki ermənilərdən getmir. Onlar bu ərazilərdə Azərbaycan qanunlarını, Azərbaycan hökumətini qəbul edərək yaşaya bilərlər.

Müsahibədə C.Oyta Avstraliya hökumətinə münaqişənin həlli ilə bağlı tutduğu ədalətli mövqeyinə və Dağlıq Qarabağ regionunu Azərbaycanın tərkib hissəsi kimi tanıdığına görə də minnətdarlığını bildirib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın