Cümə , Aprel 26 2024
azfa

Çin Şərqi Türküstanda türklərini məhv etmək üçün onların uşaqları zorla internata göndərir

GADTB-nin Mətbuat Mərkəzinin əldə etdiyi məlumata görə, Çinin Şərqi Türküstanda “siyasi yenidən tərbiyələndirmə düşərgələri” və “texniki hazırlıq” adlandırılan ideoloji düşərgələrdə saxlanılan uyğur və qazax türklərinin çinliləşdirmək üçün uşaqlarını zorla internat-məktəblərə göndərirlər.

Bu barədə İtaliyada çıxan “Bitter Winter” jurnalı material yayıb.

Məqalə Çində dini və insan hüquqlarına həsr edilib. Uşaqlar “Ayşin” (“Sevən ürək”) adlı bağçaya və məktəbə göndərilir, orada psixoloji cəhətdən təzyiqlərlə üzləşirlər. Orada təhsil yalnız çincə aparılır. Uşaqlar orada güclü mühafizə altında saxlanılır. Onların ətraf aləmə çıxışı məhdudlaşdırılıb. “Ayşin” uşaq bağçası və məktəbi hündür tikanlı məftillə hasara alınıb. Valideynlər uşaqlarla ayda bir dəfə videogörüntülü əlaqə saxlaya bilərlər.

Qeyd edək ki, müsəlman uyğur türklərinə qarşı Çin hakimiyyətinin yürütdüyü assimilyasiya siyasəti ilə bağlı çoxsaylı informasiyalar yayılır. Rəsmi Pekin isə bu kimi ittihamları rədd edir. Bu yaxınlarda İndoneziya “siyasi yenidən tərbiyələndirmə düşərgələri” barədə rəsmi Pekinə sorğu göndərmişdi. Çin hakimiyyətinin siyasi-ideoloji düşərgələrdə saxladığı uyğur türklərinin sayı 3 milyona çatıb. Yeri gəlmişkən, Sincan-Uyğur Muxtar Bölgəsində uyğur ailələrini ziyarət etmiş məmur qonaqların sayı açıqlanıb.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın