Cümə , Aprel 26 2024
azfa

Ermənistan zavodlarının tullantılar Muğanda xərçəngin geniş yayılmasına səbəb olur

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, işğalçı Ermənistanın zavodlarının tullantıları səbəbindən Araz çayının tsuyunun çirkləndirilməsi Güney Azərbaycanın Muğan məntəqəsində xərçəng xəstəliyi ningeniş yayılmasına səbəb olub.

Parsabad Şəhər Şurasının üzvü və Ərdəbil vilayətinin Ali Vilayət Şurasındakı təmsilçisi  Puya Mücərrəd mətbuata açıqlamasında bu barədə deyib: “Ermənistandan Araz çayına axan sənaye müəssisələrinin tullantıları və çirkab suları Parsabad əhalisinin canının bəlasına çevrilib”.

Mücərrəd edib ki, bunun nəticəsində Ərdəbil vilayəti mədə və həzm sisteminin mütəlif orqanlarının xərçəngində birinci yeri tutur.

Onun sözlərinə görə, Parsabadda hər bir ailənin ən azından bir yaxını xərçəng və ya yol qəzası nəticəsində həyatını itirib.

Mücərrəd həmçinin edib: “Ərdəbil əhalisinin Ali Vilayət Şurasındakı nümayəndəsi kimi məsullardan insanların həyatını itirilməsinə səbəb olan bu iki problemin (yol qəzaları və Araz suyunun çirkləndirilməsi) həlli üçün ən qısa zamanda çarə tapmalarını xahiş edirəm,” deyə Mücərrəd əlavə edib.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın