Cümə , Aprel 26 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadənin zəlzələ faciəsi ilə bağlı başsağlığı mesajı

GADTB: Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər bəy Tağızadə Güney Azərbaycanda dağıdıcı zəlzələ ilə bağlı Azərbaycan türk millətinə başsağlığı mesajı ünvanlayıb.

Başsağlığı mesajının bir hissəsində deyilir: “Güney Azərbaycanın böyük bir hissəsini silkələyən və əsasən də Miyana, Sarab, Türkmənçay və ətraf kəndlərdə böyük dağıntı və tələfatla nəticələnən zəlzələ ilə bağlı Azərbaycan türk millətinə dərin hüznlə başsağlığı verib, xüsusilə zəlzələdə dünyasını dəyişənlərə rəhmət, yaxımlarını itirən və zərər görən bütün soydaşlarımıza səbr diləyirik.

Başsağlığı mesajında həmçinin deyilir: “Güney Azərbaycanın müstəmləkəçi və irqçi fars-molla rejiminin işğalında olduğuna görə şəhər və kəndlərimiz müasir dövrün tələblərinə uyğun olan bina və tikililərə malik deyildir. Buna görə də qəsdən müstəmləkəçi rejim tərəfindən geri saxlanılan Güney Azərbaycanda zəif zəlzələr də dəhşətli tələfat və dağıntılarla nəticələnir. Üstəlik müstəmləkəçi və irqçi fars-molla rejimi dağıntılar altında qalan əhaliyə də Azərbaycan türkü olduğu üçün vaxtında yardım göstərmir. Bu da daha acınacaqlı nəticələrə gətirib çıxarır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq dəyərli millətimizə çağırış edib bildiririk ki, Güney Azərbaycanın müstəqil olub və milli dövlətimiz qurulana qədər oyaq olub özləri vaxtında baş verən hər hamsı bir təbii fəlakətdə, fəlakət bölgəsinə gedib zərər çəkən soydaşlarımıza vaxtında yardım etsinlər.

Bir daha zəlzələ qurbanlarına rəhmət və zəlzələdən xəsarət alan və yaxınlarını itirənlərə səbir diləyirik.

Azərbaycan Türk Millətinin başı sağ olsun.

Əjdər Tağızadə

Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı

Həmçinin yoxlayın

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Azərbaycanlı fəalın atası Cəbrayıl Pakrouh Təbrizdə rejimin İnqilab Məhkəməsinə çağırılıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars molla rejim Təbriz şəhər sakini Cəbrail …

Bir cavab yazın