Cümə , Aprel 26 2024
azfa

GADTB başqanı sayın Əjdər Tağızadə məşhur azərbaycanlı modelyer Şervin xanım Nəcəfpura təbrik və təşəkkür məktubu ünvanladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) başqanı sayın Əjdər Tağızadə Güney Azərbaycanın Urmiya şəhərindən olan, Norveçdə yaşayan və GADTB-nin qurulmasında da əməyi olan məşhur modelyer Şervin xanım Nəcəfpuru uğurları münasibətilə təbrik edərək, ona güneyli-quzeyli Azərbaycan həqiqətlərini öz sənəti ilə dünyada tanıtdığı üçün öz minnətdarlığını çatdırıb.

Məktubun bir hissəsində deyilir ki, çox istedadlı və tanınmış modelyer Şervin xanım Nəcəfpur Türkiyədə “Antalya Fashion Week 2019” moda günləri çərçivəsində “I’m a star” kolleksiyasını nümayiş etdirib. Modellərin səhnədə çıxışı zamanı podiumun arxa fonunda irqçi fars rejim tərəfindən qurudulan Urmiya gölünün bərpasını tələb edilərək, “Save lake Urmiya” sözləri nümayiş etdirilib, həmçinin Azərbaycanın bir çox bölgəsinin, eyni zamanda Qarabağın işğal olunmuş şəhərlərinin adı – “I’m a star in Khojaly”, “I’m a star in Shusha”, “I’m a star in Tabriz” və s. yayımlanıb.

Məktubda həmçinin sayın Tağızadə Şervin xanımın dəyərli fəaliyyəti ilə bağlı onun atası GADTB-nin Təşkilat Komitəsinin sədri sayın Atabəy Nəcəfpura Azərbaycanın fəxri ola biləcək övlad böyütdüyü üçün təşəkkür edib.

Həmçinin yoxlayın

Molla rejimi azərbaycanlı körpə doğum haqqında şəhadətnamə vermir

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, irqçi fars-molla rejimi türk adına görə azərbaycanlı körpə …

Avropa Parlamenti uyğurları dəstəkləyən qərar çıxarıb

GADTB-nin Mətbuat Mərkəzinə daxil lan məlumata görə, Avropa Parlamenti aprelin 23-də uyğur türklərinin məcburi əməyi …

Bir cavab yazın