Şənbə , May 11 2024
azfa

GADTB Bildirişi

Azərbaycan türkü öz doğma yurdunda bir əsrə yaxındır fars şovinizmi əsarətinə düşüb. Bu zaman kəsiyində Azərbaycanın qeyrətli oğulları və qızları zaman-zaman əsarət zəncirini qırmaq və müstəqillik uğrunda çarpışmışlar. Bu gün isə Güney Azərbaycanda türk xalqı özünün ən yüksək oyanış mərhələsinə çatıb. Güneydən gələn Azərbaycan türkünün çağırışı artıq təşkilatlanma və milli hərəkətə yeni nəfəs gətirmə zərurətini ortaya qoymaqdadır. Bu çağırışa cavab olaraq Güney Azərbaycan Demokratik Türk Birliyi (GADTB) Güney Azərbaycanın tanınmış hərəkatçılarının qatılımı ilə fəaliyyətə başlamışdır.
GADTB İran adlanan yerdə türk millətinin hüquqlarının qorunmasının tək yolunun müstəqillik olduğunu düşünərək, başda Güney Azərbaycanın tarixi torpaqları olmaqla fars şovinizmi əsarətinə düşən bütün türk millətinin müstəqilliyini qarşıya məqsəd qoymuşdur.
Milli və demokratik dəyərlərə üstünlük verən GADTB Güney Azərbaycan türk dövlətinin yaranması və Bütöv Azərbaycan ideyasının gerçəkləşməsi yolunda çalışmaqla, bu yolda addımlayan bütün milli qüvvələrə açıqdır. GADTB müqəddəs amalımız uğrunda Güney Azərbaycanın bütün milli qüvvələrini bu təşkilat ətrafında birləşməyə və müstəqillik uğrunda həmahəng mübarizə aparmağa çağırır.

Güney Azərbaycan Demokratik Türk Birliyinin (GADTB) başqanı
Əjdər Tağızadə

Həmçinin yoxlayın

İlham Əliyevdən Ermənistana silah ixracı ilə bağlı Fransaya sərt xəbərdarlıq etdi

GADTB: Ermənistanda revanşist qüvvələr yenə baş qaldırsa və Fransanın bu ölkəyə verdiyi öldürücü silahlar kritik …

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirlərin görüşü başladı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla ermənistanlı …