Cümə axşamı , Avqust 27 2026
azfa

ABŞ İran heç vaxt nüvə silahı əldə etməyəcəyini bildirir

GADTB: ABŞ İranın heç vaxt nüvə silahına sahib olmayacağına dair hər cür zəmanət verir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Əli Xameneinin müşaviri Kamal Xərrazinin İranın nüvə doktrinasını dəyişə biləcəyi ilə bağlı çıxışına cavabında deyib.

Xameneinin müşavirinin bəyanatını məsuliyyətsiz adlandıran Miller Vaşinqtonun problemi diplomatiya yolu ilə həll etməkdə maraqlı olduğunu söyləyib:

“ABŞ prezidenti və dövlət katibinin dediyi kimi, bütün variantlar masa üzərindədir. Birləşmiş Ştatlar bütün vasitələrdən istifadə edərək, İranın nüvə silahına sahib olmasının qarşısını almaq məqsədi güdür. İran liderlərinin bütün dünyada fəaliyyətinin intensivləşməsini, o cümlədən Atom üzrə Beynəlxalq Agentliklə əməkdaşlıq etməmələrini nəzərə alsaq, biz indi diplomatiyadan uzağıq”.

Qeyd edək ki, İran dini lideri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Kamal Xərrazi Qətərin “Əl-Cəzirə” telekanalına müsahibəsində İranın nüvə silahı əldə etmək gücünə malik olduğunu, İsrailin İrandakı nüvə obyektlərinə hərbi hücumu halında Tehranın nüvə doktrinası barədə qərarını dəyişəcəyini deyib.

Həmçinin yoxlayın

Molla rejimi Cəbrayıl Pakruhu səhhətinin ağır vəziyyətdə olmasına və xəstəxanada yatmasına baxmayaraq həbsxanaya çağırıb

GADTB: Azərbaycanlı fəal Cəbrayıl Pakruh miyasteniya qravis (MG) xəstəliyi səbəbindən Təbrizdəki Razi Xəstəxanasının nevrologiya şöbəsində …

ABŞ Enerji naziri Kris Rayt: İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi variant gündəmdən çıxarılmayıb

GADTB: ABŞ Enerji naziri Kris Rayt bildirib ki, İranın nüvə silahına sahib olmasının qarşısını almaq …