Şənbə , Sentyabr 19 2026
azfa

Təbrizdə İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq vərəqələr yayıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Təbriz şəhərində İranın müstəmləkəçilik siyasətinə etiraz olaraq aksiya keçirilib.

Bu məqsədlə mayın 9-da Təbriz şəhərində insanların sıx hərəkət etdikləri müxtəlif hissələrində irqçi fars-molla rejimin müstəmləkəçilik siyasətinin davam etdirilməsinə dair vərəqələr paylanılıb.

Bir qrup azərbaycanlı fəal Təbriz şəhərində vərəqələr çap etdirərək, divarlara yapışdırıb və ya geniş şəkildə yaymaqla, o cümlədən Yekdükan, Münccim, Bahar və… bölgələrdə rejimin müstəmləkəçilik siyasətinə etiraz ediblər.

Təbriz şəhərində “Oyan Azərbaycan” adı ilə geniş şəkildə quraşdırılan və yayılan bu vərəqənin mətnində deyilir:

“Anti-türk irqçilər Azərbaycan millətinin torpaqlarını və yeraltı sərvətlərini talamaq və qarət etməklə yanaşı, Urmiya gölünü qurutmaqda israr edərək, Azərbaycan türk millətinə qarşı yandırılmış torpaq siyasətini həyata keçirməyə çalışırlar. Bu baxımdan, əllərindən gələn hər şeydən istifadə edərək Azərbaycan torpağını məhv edirlər. Azərbaycanda uzun illərdir həyata keçirilən siyasət və buna misal olaraq şəhərlərdə keçirilən son parlament seçkiləridir. Azərbaycanın qərbində, xüsusən dətürklərin  qədim və əbədi şəhəri Urmiya və s. Azərbaycan şəhərlərini kürdləşdirməyi qərara alıblar. Bu yolla Azərbaycan torpaqlarını Azərbaycandan ayırmağı qarşıya məqsəd qoyublar”.

Həmçinin yoxlayın

Bu gün Şəhriyarın anım günüdür

GADTB: Bu gün Azərbaycanın tanınmış şairi Məhəmmədhüseyn Behcət Təbrizi- Şəhriyar anım günüdür. Şəhriyar Azərbaycan türkcəsində …

Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin Qarabağ, Naxçıvan və Xəzərdə təlimi keçiriləcək – Video

GADTB: Azərbaycan, Özbəkistan və Türkiyə hərbi qulluqçularının iştirakı ilə ölkəmizdə “Birliyin Gücü – 2026” birgə …