Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanın Əndərian qızıl mədəninin fəaliyyəti dayandırıldı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Qaradağ bölgəsinin Əndərian kəndinin yaxınlığında yerləşən qızıl mədəninin ətrafında toplu şəkildə mal-qaranın ölümündən sonra mədənin fəaliyyəti Şərqi Azərbaycan vilayətinin Ətraf Mühit Mühafizəsi İdarəsi tərəfindən dayandırıb.

Ətraf Mühit Mühafizəsi İdarəsinin rəisi Həmid Qasimi mədən ətrafında qoyunların ölümünün səbəblərinin dəqiq araşdırılması üçün mədənin fəaliyyətinin müvəqqəti olaraq dayandırlması ilə bağlı müvafiq qərar verildiyini bildirib.

Qasimi deyib ki, Şərqi Azərbaycanın Baytarlıq və Ətraf Mühit Mühafizəsi İdarələrinin ekspertləri qoyunların öldüyü ərazilərdən nümunələr götürüblər. Nümunələrin cavabı bəlli olduqdan sonra növbəti qanuni addımlar atılacaq.

Qeyd edək ki, irqçi fars rejim Güney Azərbaycanı müskəmləkə kimi talamaq məqsədilə mədənləri talamağa davam edir. Təxminən 30 milyon ton ehtiyatı olan Əndərian mədəni Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində yerləşir. Əndərian Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə əhali etiraz etsə də, irqçi fars rejimin rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar. Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur. Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirir. Bu şəkildə rejim Güney Azərbaycanda ekoloji fəlakət törətməklə xalqımızın sərvətlərini talayıb aparır.

Həmçinin yoxlayın

Avropa İttifaqı SEPAH-a qarşı qətnaməni qəbul etdi

GADTB: Cümə axşamı qəbul edilən qətnamədə Avropa Parlamenti üzvləri İranın İsrailə qarşı son pilotsuz təyyarə …

Ermənistan Təbrizdə konsulluq açacağını təsdiqlədi

GADTB: Ermənistanın Xarici İşlər Nazirliyi azərbaycanlıların tarixi paytaxtı Təbriz şəhərində Baş Konsulluq açacağı barədə xəbəri …

Bir cavab yazın