Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanda irqçi rejimin ögey siyasəti nəticəsində Azərbaycan abidələri məhv edilir

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, irqçi fars rejimin Güney Azərbaycannın tarixi abidələrinə ögey münasibəti nəticəsində Azərbaycanın tarixi abidələrinin məhv edilməsi prosesi kəskin şəkildə davam edir.

Dünən isə həmin istiqamətdə baxımsız vəziyyətdə olan Urmiyada Ənsari Qacar Evi yanıb. Tarixi abidəyə müəyyən dərəcədə xəsarət yetirilib.

Urmiya Yanğınsöndürmə Təşkilatının icraçı direktoru İbrahim Şad Quşçu bu barədə deyib:

“Hadisənin səbəbləri araşdırılır. Yanğının binanın həyətindəki alaq otlarında əmələ gəldiyi ehtimal olunur. Yanğın həyətdə park edilən Prayd markalı avtomobilə çatıb. Quru alaq otlarının çox olduğundan yanğın evin zerzəmisini də bürüyüb. Hadisə nəticəsində tarixi binaya ağır xəsarət dəyib”.

Qərbi Azərbaycan Mədəni İrs Təşkilatının rəisi Cəlil Cabbari isə bildirib ki, Ənsari Evi tarixi abidə kimi hazırda Təhsil Şöbəsinin mülkiyyətindədir. Ona görə də bu bina mülkiyyətində olduğu orqan tərəfindən təmir edilib və bərpa olunmalıdır.

Qeyd edək ki, Qacar dövründən qalan Ənsari Evi Urmiyanın “Gölüstü” meydanında yerləşir. Babək Cəfəriyə aid olan ev sonralar Seyfullaxan Ənsarinin həyat yoldaşı olan qızı Bədrul Melukə miras qalıb. Tarixi binanın “Ənsari” adı ilə tanınması da məhz bununla bağlıdır.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın