Cümə , Aprel 26 2024
azfa

Güney Azərbaycanın Süngün Mis Mədəninin illik 1 milyard dollar gəliri Kirmana çatır

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbayanın Qaradağ bölgəsinin Süngün Mis Mədəninin illik 1 milyard dollar gəliri Kirmana çatır.

Təbriz Ticarət Palatasının rəisi Yunis Jaelə bu barədə açıqlama verərək deyib ki, Süngün Mis Mədəni yerli əhaliyə heç bir faydasaı çatmır.

O deyib: “Hesablamalara görə, Süngün Mis Mədəninin ildə 1 milyard dollar məbləğində gəliri var. Bu məbləğ Kirman vilayətində dövriyyəyə buraxılır. Şərqi Azərbaycan əhalisi bu vəsaitdən yararlana bilmir.”

O vurğulayıb ki, bu məbləğ Şərqi Azərbaycan vilayəətdə qalarsa, məşğulluq səviyyəsinin yüksəldilməsi ilə yanaşı bölgənin ümumiyyətlə iqtisadi inkişafına da təkan verə bilər.

Təbriz Ticarət Palatasının rəisi əlavə edib ki, belə vəziyyətdə vilayətin sənaye sahəsində ciddi tənəzzal baş verir. Qərb sənaye şəhərciyində əsas sənaye müəssisələri yaxşı durumda deyil və böyük sənaye müəssisələrimiz ciddi problemlərlə qaşılaşıb.

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın