Cümə , Aprel 26 2024
azfa

İran adlanan ölkə ilə bağlanmış nüvə sazişinə dair görüş nəticəsiz başa çatdı

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Vyanada İran adlanan ölkənin nüvə proqramını dinc məqsədlər üçün istifadəsinə dair sazişlə bağlı nazirlər görüşü keçirilib.

Görüşdə İranla sazişi imzalamış ölkələr (Rusiya, Fransa, Çin, Almaniya, Böyük Britaniya) xarici işlər nazirləri səviyyəsində təmsil olunub. Sazişdən birtərəfli qaydada çıxan ABŞ-ın xarici siyasət idarəsindən heç kim görüşə qatılmayıb.

Üç saat keçən görüş tutarlı nəticə əldə olunmadan başa çatıb. Sonra Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini iştirakçılar adından birgə bəyanat səsləndirib. Bəyanatda nazirlər İranla bağlanmış nüvə razılaşmasının müddəalarına sadiqlik nümayiş etdiriblər.

Növbəti görüşlə bağlı sualları cavabsız buraxan F.Moqerini mövcud problemlərin həlli istiqamətində tərəflərin qətiyyət göstərdiyini, xüsusilə ikitərəfli görüşlər çərçivəsində bu istiqamətdə danışıqların davam etdiriləcəyini bildirib.

 

Həmçinin yoxlayın

“Tərcüman” İranın Zəngəzur dəhlizindən qorxusunu işıqlandırdı

GADTB: Yenidən fəaliyyətə başlayan Krım_türklərinə məxsus “Tərcüman” televiziyası İranın Türk dünyası və Zəngəzur dəhlizindən qorxmasından …

Qumda Azərbaycana qarşı növbəti tədbir keçirildi

GADTB: Aprelin 24-də İranın Qum şəhərində bundan əvvəl Suriyada SEPAH-ın yaratdığı qanunsuz qruplaşmanın tərkibində döyüşən …

Bir cavab yazın