Cümə , Aprel 26 2024
azfa

İran rejimi azərbaycanlı uşağa 3 il 6 ay sonra Onur adı ilə şəxsiyyət vəsiqəsi verməyə məcbur oldu

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanın Tikantəpə (Tekab) şəhərində yaşayan ailənin övladına Onur adını seçdiyi üçün uşağa şəxsiyyət vəsiqəsi verməkdən imtina edən irqçi fars rejimin Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi nəhayət ailənin tələbinə müsbət cavab verməyə məcbur olub.

2017-ci il mayda doğulan Onurun atası Əli Hidayəti bu xəbəri şəxsi İnstagram hesabından paylaşaraq, yazıb ki, “3 il 6 ay çalışdıqdan sonra Tikantəpədə Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsi Onur adına şəxsiyyət vəsiqəsi vermək məcburiyyətində qaldı”.

Tikantəpə şəhərində həmin aidiyyəti İdarə Onur adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin ardınca uşağın atası həmin idarəyə verilən müraciətlərinin nəticəsiz qalmasından sonra məhkəməyə şikayət etməyə məcbur olmuşdu.

42 ay müddətində şəxsiyyət vəsiqəsindən məhrum edilən Onur bu illər boyu bir çox vətəndaşlıq haqqından məhrum qalıb.

İlkin məhkəmə Onurun atasının şikayətini təmin etməsə də, apellyasiya məhkəməsi Vətəndaşlıq Vəziyyətinin Qeydiyyatı İdarəsinin Onur adına şəxsiyyət vəsiqəsi verməkdən imtina etməsinin hüquqi əsası olmaması, Onurun ailəsinin tələbi üzrə uşaq üçün şəxsiyyət vəsiqəsi verilməli olduğu haqda hökm çıxarıb.

Həmçinin yoxlayın

Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzaiyə hələ də məzuniyyətdən məhrumdurlar

GADTB: Azərbaycan Milli Hərəkatının məhbus fəalları Mahmud Ocaqlu, Əli Rəzizadə, Əsğər Fərəci və Əli Rzai …

Qarabağda Türkiyə-Rusiya Monitorinq Mərkəzi bu gün bağlanır

GADTB: Bu gün Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin bağlanış mərasimi olacaq. Bununla bağlı tədbir təntənəli …

Bir cavab yazın